ORUJOV Design olaraq Sweet Wishes dondurmaları üçün kreativ motion animasiya hazırlanmışdır. Layihə zamanı məhsulun enerjisi, rəngarəng görüntüsü və yay ab-havasını əks etdirən dinamik vizual konsept üzərində çalışılmışdır.
Animasiya prosesində müasir motion dizayn həlləri, axıcı keçidlər və diqqətçəkən qrafik elementlər istifadə edilərək məhsulun daha cəlbedici təqdimatı təmin edilmişdir. Məqsədimiz Sweet Wishes brendinin pozitiv və yaddaqalan vizual atmosferini izləyiciyə çatdırmaq idi.
ORUJOV Design olaraq kreativ animasiya və motion dizayn həlləri ilə brendlərin vizual təqdimatını daha təsirli etməyə davam edirik.