ORUJOV Design olaraq ELLİ şirkəti üçün xüsusi loqo dizaynı hazırlanmışdır. Layihə zamanı brendin xarakterini əks etdirən sadə, modern və yadda qalan vizual konsept üzərində çalışılmışdır.
Loqo dizaynında minimal xəttlər, balanslı kompozisiya və müasir dizayn yanaşması əsas götürülərək markanın professional görünüşü formalaşdırılmışdır. Məqsədimiz ELLİ brendinin fərqliliyini və vizual tanınmasını daha güclü şəkildə təqdim etmək idi.
ORUJOV Design olaraq hər brend üçün kreativ və fərqli vizual həllər yaratmağa davam edirik.