ORUJOV Design olaraq CASPIAN şirkəti üçün müasir və funksional vebsayt hazırlanmışdır. Layihə zamanı şirkətin korporativ imicini gücləndirən, rahat istifadəçi təcrübəsi təqdim edən və müasir vizual üslubu əks etdirən rəqəmsal platforma üzərində çalışılmışdır.
Vebsaytın hazırlanması prosesində sürətli interfeys, mobil uyğunluq və müasir UI UX həlləri əsas götürülərək həm estetik, həm də funksional nəticə əldə edilmişdir. Məqsədimiz CASPIAN brendinin rəqəmsal mühitdə daha professional və güclü təqdim olunmasını təmin etmək idi.
ORUJOV Design olaraq brendlər üçün kreativ və effektiv rəqəmsal həllər hazırlamağa davam edirik.