ORUJOV Design olaraq DODO Jeans şirkəti üçün müasir brendinq hazırlanmışdır. Layihə zamanı moda dünyasının enerjisini, brendin xarakterini və müasir stilini əks etdirən vahid vizual konsept formalaşdırılmışdır.
Brendinq prosesində loqo, rəng sistemi, qrafik elementlər və korporativ üslub detalları bir bütün olaraq hazırlanaraq markanın daha güclü və yaddaqalan görünüşü təmin edilmişdir. Məqsədimiz DODO Jeans brendinin moda sektorunda fərqlənən vizual imic qazanması idi.
ORUJOV Design olaraq fashion və lifestyle brendləri üçün kreativ və strateji vizual həllər yaratmağa davam edirik.