ORUJOV Design olaraq Avstriya Azərbaycanlıları Cəmiyyəti üçün xüsusi loqo dizaynı hazırlanmışdır. Layihə zamanı cəmiyyətin milli dəyərlərini, birlik ruhunu və müasir vizual yanaşmasını əks etdirən konsept üzərində çalışılmışdır.
Loqo dizaynında balanslı kompozisiya, simvolik elementlər və müasir qrafik üslub əsas götürülərək həm milli, həm də beynəlxalq səviyyədə yadda qalan vizual kimlik formalaşdırılmışdır. Məqsədimiz cəmiyyətin fəaliyyətini və dəyərlərini estetik və professional şəkildə təqdim etmək idi.
ORUJOV Design olaraq fərqli sahələr üçün kreativ və mənalı vizual həllər yaratmağa davam edirik.