ORUJOV Design olaraq Şərq Motors şirkəti üçün müasir reklam video çarxı hazırlanmışdır. Layihə zamanı avtomobillərin dinamik görünüşünü, şirkətin peşəkar xidmət yanaşmasını və müasir vizual üslubunu əks etdirən kreativ konsept üzərində çalışılmışdır.
Video çarxın hazırlanması prosesində cinematic görüntülər, dinamik montaj və diqqətçəkən vizual keçidlər istifadə edilərək izləyicidə maraq yaradan təqdimat formalaşdırılmışdır. Məqsədimiz Şərq Motors brendinin daha güclü və yadda qalan vizual imic qazanmasını təmin etmək idi.
ORUJOV Design olaraq reklam və media sahəsində kreativ həllər təqdim etməyə davam edirik.