ORUJOV Design olaraq şair və bəstəkar Sədaqət Kərimova üçün xüsusi loqo hazırlanmışdır. Layihə zamanı yaradıcılığı, estetik baxışı və fərdi üslubu əks etdirən zərif vizual konsept üzərində çalışılmışdır.
Loqo dizaynı prosesində minimalist yanaşma, incə qrafik elementlər və balanslı vizual harmoniya əsas götürülərək həm yaradıcı, həm də yadda qalan vizual kimlik formalaşdırılmışdır. Məqsədimiz Sədaqət Kərimovanın sənət ruhunu estetik və professional formada təqdim etmək idi.
ORUJOV Design olaraq fərdi və yaradıcı brendlər üçün xüsusi dizayn həlləri təqdim etməyə davam edirik.