ORUJOV Design olaraq SVORD Lift şirkəti üçün yeni və müasir kataloq hazırlanmışdır. Layihə zamanı şirkətin məhsul və xidmətlərini daha professional və estetik formada təqdim edən vizual konsept üzərində çalışılmışdır.
Kataloqun hazırlanması prosesində balanslı səhifə quruluşu, minimalist dizayn yanaşması və müasir qrafik elementlər istifadə edilərək həm informativ, həm də premium görünüş formalaşdırılmışdır. Məqsədimiz SVORD Lift brendinin korporativ təqdimatını daha güclü və yadda qalan şəkildə çatdırmaq idi.
ORUJOV Design olaraq çap və təqdimat sahəsində kreativ həllər təqdim etməyə davam edirik.