ORUJOV Design olaraq SVORD Lift şirkəti üçün yeni məhsul kataloqu hazırlanmışdır. Layihə zamanı şirkətin məhsullarını daha professional və estetik formada təqdim edən müasir dizayn konsepti üzərində çalışılmışdır.
Məhsul kataloqunun hazırlanması prosesində balanslı səhifə quruluşu, informativ məzmun təqdimatı və müasir qrafik elementlər istifadə edilərək həm funksional, həm də premium görünüş formalaşdırılmışdır. Məqsədimiz SVORD Lift məhsullarının korporativ təqdimatını daha güclü və yadda qalan şəkildə çatdırmaq idi.
ORUJOV Design olaraq çap və korporativ təqdimat sahəsində kreativ həllər təqdim etməyə davam edirik.