ORUJOV Design olaraq UNIVERSAL şirkəti üçün müasir reklam animasiyası hazırlanmışdır. Layihə zamanı brendin vizual kimliyini və xidmətlərini daha dinamik şəkildə təqdim edən kreativ motion konsepti üzərində çalışılmışdır.
Reklam animasiyasının hazırlanması prosesində axıcı keçidlər, müasir motion effektləri və diqqətçəkən vizual həllər istifadə edilərək yadda qalan və professional təqdimat formalaşdırılmışdır. Məqsədimiz UNIVERSAL brendinin rəqəmsal platformalarda daha güclü və fərqləndirici görünməsini təmin etmək idi.
ORUJOV Design olaraq motion və media sahəsində kreativ həllər təqdim etməyə davam edirik.